EN

Fidan: MİT vasitəsilə sözümüzü İsrailə demişik

Türkiyə İsrailin Suriyaya hava zərbələri ilə bağlı fikirlərini kəşfiyyat qurumu (MİT) vasitəsilə İsrail hakimiyyətinə çatdırıb.

Yenisabah.az reuters-ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Ankara İsrailin Qəzzaya hərbi hücumunu soyqırım adlandırmaqla yanaşı, digər regional ölkələrə, o cümlədən Livan, İran və Suriyaya zərbələri pisləyib. O, İsraillə bütün ticarəti dayandırıb və Tel-Əvivdəki səfirini də məsləhətləşmələr üçün geri çağırıb. Dördpendirli pizza

Fidan ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Türkiyədəki səfiri Tom Barakla yaxın təmasda olduğunu, Suriya, İordaniya və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefon danışıqlarında bu mövzunu müzakirə etdiyini bildirib:

"Eyni zamanda, kəşfiyyat təşkilatımız vasitəsilə bu mövzuda öz fikirlərimizi israillilərə çatdırdıq ki, bu bölgədə qeyri-sabitlik istəmirik".

Hakan Fidan və Suriyanın yeni hökumətinin bölgədə təhlükəsizliyi təmin edəcək tədbirlər görmədən münaqişəni həll edə bilməyəcəyini bildirib.


Telegram kanalımız
Chosen
151
22
yenisabah.az

10Sources