AZ

İran İsrailin Dəməşqə hücumlarını qıpisləyib

İran İsrailin Suriyanın paytaxtı Dəməşqə hücumlarını qınadı və beynəlxalq ictimaiyyəti Təl-Əvivin təcavüzünə son qoymağa çağırıb...

XİN rəhbəri Abbas Arakçi: İsrailin hərbi əməliyyatları regionda gərginliyi artırır və beynəlxalq hüquqa ziddir…

Poliqon xəbər verir ki, İran Xarici İşlər Naziri Abbas Arakçi sosial şəbəkə X-də paylaşdığı açıqlamasında İsrailin Suriyanın paytaxtı Dəməşqə qarşı həyata keçirdiyi hava hücumlarını qətiyyətlə pisləyib və beynəlxalq ictimaiyyəti Təl-Əvivin təcavüzkarlığına son qoymağa çağırıb.

Arakçi vurğulayıb ki, İsrailin bu cür hərbi əməliyyatları regionda stabilliyə və sülhə ciddi zərbə vurur. O, beynəlxalq təşkilatları və dövlətləri bu təcavüzə qarşı səmərəli tədbirlər görməyə çağırıb. İran XİN rəhbəri əlavə edib ki, belə hücumlar beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və ərazi bütövlüyünün pozulmasına səbəb olur.

Bu çağırış regionda artıq uzun illər davam edən gərginlik və Suriyadakı münaqişə şəraitində daha da aktualdır. İsrail son vaxtlar Dəməşqə və digər strateji ərazilərə hava zərbələri endirir, bu da həm Suriyanın, həm də müttəfiqlərinin reaksiyasına səbəb olur.

Poliqon.info

Seçilən
87
22
poliqon.info

10Mənbələr