EN

Ceyhun Kərimov: Məqsədimiz tələbələri əmək bazarına hazırlıqlı yetişdirməkdir

BAKI, 16 iyul. TELEQRAF

"Peşə təhsilində mərhələli şəkildə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur".

Teleqraf xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, ayrı-ayrı ixtisaslar üzrə xərclər müəyyənləşdirilir.

“Xərclərdə müəllimin iş saatı, əmək haqqı, enerji ehtiyyatına sərfiyyat və s. nəzərə alınır. Bazarda 3 aylıq kursların qiyməti 1 illik təhsil qiymətindən çoxdur. Peşə təhsili praktiki təhsildir. Məqsədimiz tələbələrə tədris prosesində səhvləri öyrədib, onları əmək bazarına hazırlıqlı yetişdirməkdir”, - deyə o söyləyib.

Chosen
88
31
teleqraf.com

10Sources