Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə İyunun 22-də Şabran rayonunda “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində maarifləndirici tədbir həyata keçirdi.
Tədbirdə öncə Şabran rayon İcra Hakimiyyətinin başçısının müavini Natavan Mustafayeva, hüquq şöbəsinin müdiri Ramin Ağayev çıxışlar ediblər. Natiqlər mövzunun aktuallığını qeyd ediblər. Layihə rəhbəri Eynulla Xeyrullayev çıxış edərək qaldırılan problem barəsində iştirakçıları məlumatlandırmışdır. Tədbir iştirakçıların interaktiv fəallığı ilə baş tutumuşdur. Problem üzrə çıxış edən iştirakçılar müəyyən təklif və tövsiyyələr irəli sürmüşdürlər.Tədbirdə 30 nəfər iştirak etmişdir.
Qeyd edək ki, layihənin əsas məqsədi Quba-Xaçmaz regionunda son vaxtlar geniş yayılan sosial şəbəkələr üzərindən milli maraqlara təhdid yaradan insan alveri cinayəti, məişət zorakılığı, əməyin istismarı, narkotiklərdən istifadə hallarının azaldılmasına nail olmaq və müxtəlif qlobal güclər tərəfindən gənclər arasında təbliğ edilən qeyri ənənvi münasibətlərin qarşının alınmasıdır.
Layihə şimal bölgəsinin 5 rayonunu; Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonların əhatə edir. Layihə çərçivəsində əhali arasında maarifləndirmə işləri aparılır və eyni zamnda müvafiq icrahakimiyyəti orqanları, ictimai təşkilatlar və bələdiyylərin iştirakı ilə ictimai dinləmələr təşkil edilir.