Rusiyada həkimlər 27 alışqan udan kişini xilas edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 56 yaşlı Tuva sakini müayinə üçün xəstəxanaya gətirilib. Kompüter tomoqrafiyası onun mədəsində çoxsaylı yad cisimlərin olduğunu aşkar edib. Əməliyyat zamanı xəstənin qarın boşluğundan 27 alışqan və 1 sikkə çıxarılıb.
Kişi alışqanların və sikkənin ora necə düşdüyünü izah edə bilməyib.