AZ

Mədəsindən 27 alışqan çıxardılar - FOTO

Tıva Respublikasının (Rusiya) Kızıl şəhərində həkimlər kompüter tomoqrafiyası müayinəsi zamanı 56 yaşlı kişinin mədəsində çox sayda yad cisim aşkarlayıblar.

 

Sfera.az xəbər verir ki, Tibb müəssisəsinin "VKontakte" hesabında verdiyi məlumata görə, nəticədə endoskopiya şöbəsinin əməkdaşları anestezioloqlarla birgə ümumi anesteziya altında kişinin mədəsindən 27 alışqan və bir dənə qəpik çıxara biliblər.

 

Hələlik həkimlər bu əşyaların kişinin mədəsinə necə daxil olduğunu anlaya bilmirlər. Xəstə izahat verməkdən imtina edib.

 

Eyni zamanda, həkimlər bildirirlər ki, bu qədər yad cismin cərrahi müdaxilə olmadan çıxarılması unikal hal sayıla bilər. /Lent.az

 

Məqaləyə dair fotomateriallar:

 

Seçilən
6
4
sfera.az

10Mənbələr