Bakı. Trend:
Cari ilin yanvar-may aylarında Azərbaycanla Türkmənistanarasında ticarət dövriyyəsinin həcmi 118,479 milyon ABŞ dollarıtəşkil edib.
Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə84,553 milyon ABŞ dolları və ya 41,6% azalıb. Ötən ilin yanvar-mayaylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 203,032milyon ABŞ dollar idi.
Hesabat dövründə Azərbaycandan Türkmənistana ixracın dəyəri19,224 milyon ABŞ dolları olub. Bu, illik müqayisədə 12,789 milyonABŞ dolları, yaxud da 40% azdır. 2024-cü ilin müvafiq dövründə buməbləğ 32,013 milyon ABŞ dollarına bərabər idi.
Bu ilin yanvar-may aylarında bu ölkədən idxalın həcmi isə 99,256milyon ABŞ dolları təşkil edib ki, bu da, illik müqayisədə 71,763milyon ABŞ dolları və ya 42% azdır. Belə ki, ötən ilin yanvar-mayaylarında Türkmənistandan Azərbaycana idxalın dəyəri 171,019 milyonABŞ dolları olmuşdu.
Qeyd edək ki, bu ilin hesabat dövründə Türkmənistana ixracəməliyyatı ümumi ixracın 0,17%-ni, idxal isə ümumi idxalın 1%-nitəşkil edib.
Məlumat üçün bildirək ki, bəhs olunan dövrdə Azərbaycan xariciölkələrlə 20,966 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,527 milyardABŞ dolları və ya 13,7% çoxdur. Xarici ticarət dövriyyəsinin 11milyard ABŞ dolları ixracın, 9,965 milyard ABŞ dolları isə idxalınpayına düşüb. Son 1 ildə ixrac 1,2% azalıb, idxal isə 36,5% artıb.Nəticədə, xarici ticarətdə 1,036 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,801 milyard ABŞ dolları və ya 3,7dəfə azdır.