"Bayer"in qapıçısı Matey Kovar icarə əsasında PSV-yə keçib.
Operativ Media xəbər verir ki, bu haqda Niderland klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı çexiyalı ilə müqavilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub. Buraya satın alma seçimi də daxildir.
Kovar 2023-cü ildən "Bayer"də çıxış edir. O, komandanın heyətində 32 oyun keçirib, 30 qol buraxıb və 16 oyun qapısını toxunulmaz saxlayıb. Çexiyalı qolkiper daha əvvəl "Sparta Praqa" və "Mançester Yunayted"də çıxış edib.