EN

PSV "Bayer"in qapıçısını icarəyə götürdü

"Bayer"in qapıçısı Matey Kovar icarə əsasında PSV-yə keçib.

Operativ Media xəbər verir ki, bu haqda Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı çexiyalı ilə müqavilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub. Buraya satın alma seçimi də daxildir.

Kovar 2023-cü ildən "Bayer"də çıxış edir. O, komandanın heyətində 32 oyun keçirib, 30 qol buraxıb və 16 oyun qapısını toxunulmaz saxlayıb. Çexiyalı qolkiper daha əvvəl "Sparta Praqa" və "Mançester Yunayted"də çıxış edib.

Chosen
116
13
operativmedia.az

10Sources