EN

Lənkəranda ŞİDDƏTLİ YANĞIN: 5 baş iribuynuzlu heyvan kül oldu - FOTO

Lənkəran rayonunun İsti-Su qəsəbəsində yerləşən fermada güclü yanğın baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın əraziyə yaxın olan meşə zolağını da təhdid edib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 3, Masallı rayonunun və Liman şəhərinin isə hərəsindən 1 yanğınsöndürən texnikası və ümumilikdə 25 nəfərlik canlı qüvvə cəlb olunub. Eyni zamanda, yanğının söndürülməsinə 30-a yaxın kənd sakini də qoşulub.
 

Təxminən 2 min kvadratmetr ərazini əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan tələf olub, 10 minədək ot bağlaması yanıb. Yanğın qısa müddətdə lokallaşdırılıb və meşə zolağı ilə yanaşı 5 ədəd kənd təsərrüfatı texnikasının yanması da qarşısı alınıb.


Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının səbəbləri araşdırılır.


Sabutay, Bizim.Media, Cənub bürosu.

Chosen
52
4
bizim.media

10Sources