Lənkəranda iş adamına məxsus ferma yanıb. Pravda.az "Report"a istinadla xəbər verir ki, yanğın rayonun İstisu qəsəbəsində tanınmış fermer təsərrüfatında baş verib.
Əraziyə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.
2 000 kvadratmetr sahəni əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb.
Qısa müddətdə yanğın lokallaşdırılıb.
Meşə zolağı və 5 ədəd kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.
Hazırda yanğının tam qarşısını almaq üçün işlər davam etdirilir.
Tarix: 15 İyul 2025, 07:04