İspaniya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Ölkə.az xəbər verir ki, bu barədə İspaniya Milli Coğrafiya İnstitutu məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri krallığın cənub-şərqində, Palos burnu yaxınlığında Aralıq dənizində olub. Zəlzələnin episentri təxminən 2 km dərinlikdə yerləşib. Zəlzələ yerli vaxtla saat 07:13-də qeydə alınıb.
KİV-in məlumatına görə, yeraltı təkanlar Mursiya və Əndəlus muxtar icmalarının müxtəlif məntəqələrində hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Həmidə İbrahimova