Məlumata görə, yeraltı təkanların episentri Aralıq dənizində, krallığın cənub-şərqindəki Palos burnu ərazisində olub. Zəlzələnin mənbəyi təxminən 2 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Mursiya və Əndəlus muxtar icmalarının müxtəlif məntəqələrində hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.