EN

Azərbaycan Gürcüstana qaz satışını azaldıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 1,1milyard kubmetr qaz ixrac edilib.

Trend bubarədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə0,2 milyard kubmetr və ya 18,2% azdır.

Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında AzərbaycanGürcüstana 1,3 milyard kubmetr qaz satmışdı.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə 25,2milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri“Azəri-Çıraq-Günəşli”nin, 13,8 milyard kubmetri “Şahdəniz”in, 0,8milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isəSOCAR-ın payına düşüb.

Məqalədə:
Chosen
79
29
az.trend.az

10Sources