Bakı. Trend:
Bu ilin birinci rübündə İsraildən Azərbaycan iqtisadiyyatınacəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 1,210 milyonABŞ dolları təşkil edib.
Trend bu barədəAzərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatınainvestisiyalar 976 min ABŞ dolları və ya 5,2 dəfə artıb. 2024-cüilin ilk rübündə İsraildən Azərbaycana birbaşa xariciinvestisiyaların həcmi 234 min ABŞ dollarına bərabər olub.
Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xariciinvestisiyaların ümumi həcmində İsraildən yatırılaninvestisiyaların payı 0,1% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.