Bakı. Trend:
Cari ilin birinci rübündə Azərbaycandan Özbəkistana yönəldilmişbirbaşa xarici investisiyaların həcmi 16,683 milyon ABŞ dollarıolub.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, sözügedən ölkəyə investisiyalar ötən ilin eynidövrü ilə müqayisədə 1,326 milyon ABŞ dolları və ya 8,6% çoxdur.Belə ki, 2024-cü ilin yanvar-mart aylarında AzərbaycandanÖzbəkistana yönəldilmiş birbaşa xarici investisiyaların həcmi15,357 milyon ABŞ dolları olub.
Bəhs olunan dövrdə bu ölkəyə investisiyalar xaricə yatırılmışümumi investisiyaların 5,3%-nə bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.