EN

Yeni Kaledoniya dövləti rəsmiləşir - Parisdə saziş imzalanıb

BAKI, TurkicWorld

Yeni Kaledoniya “dövlət” statusu alacaq – Parisdə tarixi razılaşma imzalanıb.

TurkicWorld xəbər verir ki, Fransanın xarici ərazisi olan Yeni Kaledoniya ilə Fransa arasında 10 günlük danışıqların ardından Parisdə “dövlət statusu” ilə bağlı tarixi saziş imzalanıb.

Razılaşmaya əsasən, ada Fransaya bağlı qalmaqla yanaşı, “Yeni Kaledoniya Dövləti” kimi tanınacaq və xüsusi status əldə edəcək.

Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə təşkil olunan danışıqlarda tərəflər Yeni Kaledoniya dövlətinin Fransa Konstitusiyasına daxil edilməsi və sakinlərinə həm fransız, həm də xüsusi “Kaledoniya vətəndaşlığı” verilməsi barədə razılığa gəliblər.

Saziş 2025-ci ilin sonuna qədər Fransa parlamentində müzakirəyə çıxarılacaq, daha sonra isə 2026-cı ildə Yeni Kaledoniyada referendum yolu ilə ictimaiyyətin təsdiqinə təqdim ediləcək.

Prezident Makron razılaşmanı “etibar seçimi” adlandıraraq, bunun Fransanın keçmiş müstəmləkə əraziləri ilə əlaqələrində yeni mərhələ olduğunu bildirib.

Qeyd edək ki, Yeni Kaledoniya uzun illər müstəqillik uğrunda mübarizə aparan yerli kanak icmasının yaşadığı adadır. 2024-cü ildə Fransa hökumətinin seçki qanunvericiliyində dəyişiklik planlarına qarşı keçirilən etirazlar zamanı baş verən qarşıdurmalarda 14 nəfər həlak olmuşdu.

Chosen
28
turkic.world

1Sources