EN

"Çelsi" klublararası dünya çempionatından 115 milyon dollara yaxın gəlir əldə etdi

ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatı başa çatıb.

Teleqraf xəbər verir ki, final oyununda İngiltərə "Çelsi"si Fransanın PSJ klubu 3:0 hesabı ilə məğlub edərək çempion olub.

"Zadəganlar" yeni formatda keçirilən dünya çempionatını qazanan ilk komanda olub.

“The Athletic” nəşrinin məlumatına görə, “Çelsi” turnirdə 114,6 milyon dollar gəlir əldə edib. Bunun 29 milyon dolları turnirdə iştirak üçün, 86,5 milyon dolları isə mükafat gəliridir.

İlk 10-luğa həmçinin PSJ (Fransa, 106,9 milyon), "Real Madrid" (İspaniya, 82,5), "Fluminense" (Braziliya, 60,8), "Bavariya" (Almaniya, 58,2), "Borussiya Dortmund" (Almaniya, 52,3), "Mançester Siti" (İngiltərə, 51,7), "Palmeyras" (Braziliya, 39,8), "İnter" (İtaliya, 36,8) və "Əl-Hilal" (Səudiyyə Ərəbistanı, 34,2) daxil olub.

Ən az qazanan komanda Yeni Zelandiyanın "Oklend Siti" kollektivi olub - 4,6 milyon.

Chosen
90
43
teleqraf.com

10Sources