AZ

Tanınmış klub superkubok yarışından imtina etdi

style='margin-bottom:10px;'>

Səudiyyə Ərəbistanının aparıcı komandalarından olan "Əl-Hilal" bu yay keçiriləcək ölkə Superkubokunda iştirak etməyəcək.

QOL.az xəbər verir ki, klub bununla bağlı Səudiyyə Ərəbistanı Futbol Federasiyasına rəsmi məktub göndərib.

Qərarın əsas səbəbi kimi futbolçuların artıq yüklənməsi və istirahət hüquqlarının pozulması göstərilib. Klub bildirib ki, Superkubokun 19–23 avqust tarixlərində keçirilməsi futbolçuların il ərzində nəzərdə tutulan 28 günlük məzuniyyətini 21 günə qədər azaldacaq. Bu isə yerli əmək qaydalarına və futbolçularla imzalanan müqavilə şərtlərinə ziddir.

"Əl-Hilal" əlavə olaraq vurğulayıb ki, komanda ABŞ-da keçirilən klublararası dünya çempionatında iştirak edərək turnirin 1/4 final mərhələsinə qədər yüksəlib. Bu isə komandanın yay toplanışını gecikdirməsinə səbəb olub və digər Superkubok iştirakçılarına nisbətən qeyri-bərabər şərait yaradıb.

Klub eyni zamanda Superkubokun keçiriləcəyi məkanın — Honqkonqun — çox gec, iyunun 13-də elan olunmasını tənqid edib. Həmin vaxta qədər komanda artıq ABŞ-da idi və rəsmi təqvim iyulun 1-də yeri dəqiq göstərilmədən təqdim olunmuşdu.

Beləliklə, Səudiyyə Ərəbistanı Superkubokunda yalnız üç komanda iştirak edəcək və təşkilatçılar turnirin formatını yenidən gözdən keçirməyə məcbur qalacaqlar.

Seçilən
28
31
teleqraf.com

10Mənbələr