Ağstafada piyadanı maşın vurub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Xətai kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü E.Hüseynov yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov