AZ

Naxçıvanda 34 yaşlı kişini qətlə yetirən şəxs tutuldu

Naxçıvanda qətl hadisəsi törədilib.

KONKRET.az xəbər verir ki, hadisə Şərur rayonunun Daşarx kəndində baş verib.

İlkin məlumata görə, Yeni Havuş kənd sakini, 1991-ci il təvəllüdlü İbrahim Əbülfəz oğlu İbrahimov qətlə yetirilib.

Onu qətlə yetirməkdə həmin kənd sakini, 1971-ci il təvəllüdlü Sabir İbrahim oğlu İbrahimov şübhəli bilinir.

Qeyd edək ki, İ.İbrahimov S.İbrahimovun qardaşı oğludur, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Seçilən
20
18
konkret.az

10Mənbələr