EN

ABŞ-də silahlı şəxs kilsədə insanlara atəş açıb, yaralananlar var

Bakı. Trend:

ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərində yerləşən Baptistkilsəsində silahlı şəxs ibadət edənlərə atəş açıb, nəticədə birneçə nəfər xəsarət alıb.

Trend-inməlumatına görə, bu barədə ştatın qubernatoru Endi Beşir “X” sosialşəbəkəsində paylaşım edib.

Qubernatorun sözlərinə görə, Riçmond yolunda həmin şəxslə polisəməkdaşları arasında silahlı qarşıdurma da baş verib. Yaralılarxəstəxanaya çatdırılıb. O qeyd edib ki, insidentin detallarıaraşdırılır və ictimaiyyətə əlavə məlumat veriləcək.

“Lexington Herald-Leader” nəşrinin yaydığı məlumata görə,silahlı şəxs əvvəlcə bazar günü səhər “Blue Grass” hava limanıyaxınlığında polis əməkdaşına atəş açıb. Daha sonra isə o, havalimanından təxminən 17 mil məsafədə yerləşən Baptist kilsəsinəgedərək ibadət zamanı insanlara hücum edib.

Hadisə yerinə gələn polis əməkdaşları hücum edən şəxsizərərsizləşdirib.

Chosen
47
7
az.trend.az

10Sources