ABŞ-ın Kentukki ştatının Leksinqton şəhərində yerləşən Baptist kilsəsində silahlı şəxs ibadət edənlərə atəş açıb, nəticədə bir neçə nəfər xəsarət alıb.
Axar.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir X sosial şəbəkəsində paylaşım edib.
Qubernatorun sözlərinə görə, yaralılar xəstəxanaya çatdırılıb. Hadisə yerinə gələn polis əməkdaşları hücum edən şəxsi zərərsizləşdirib.
O qeyd edib ki, insidentin detalları araşdırılır və ictimaiyyətə əlavə məlumat veriləcək.