Yazını böyüt
Yazını kiçilt
ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərindəki Baptist kilsəsində silahlı şəxs insanlara atəş açıb, çox sayda yerli sakin yaralanıb.
Bu barədə ştatın qubernatoru Endi Beşir "X" sosial şəbəkəsində məlumat verib. Onun sözlərinə görə, Riçmond yolunda naməlum şəxslə patrul polisi əməkdaşları arasında da atışma baş verib. Yaralıların hamısı xəstəxanaya yerləşdiriliblər.
"Lexington Herald-Leader" nəşri xəbər verir ki, bazar günü səhər Kentukki ştatının "Blue Grass" hava limanı yaxınlığında silahlı şəxs polis zabitinə atəş açıb. Daha sonra o, hava limanından 17 mil aralıda yerləşən Baptist kilsəsinə gedib və orada ibadət edənlərə atəş açıb. Polisin hadisə yerində silahlı şəxsi zərərsizləşdirdiyi bildirilir.