EN

Kreml təmizləmələri: Rublovka bölgəsində müəmmalı ölümlər – qisas, susdurma, yoxsa hakimiyyətin daxili savaşı?

Kreml elitası artıq öz yaradıcısı tərəfindən mərhələli şəkildə məhv edilir, amma heç biri bu oyundan çıxmağa cəsarət etmir.

Yuxarı eşalonda həbslər və qətllər, paytaxt saraylarına köçürülən müharibə, vəsaitlərin yenidən bölüşdürülməsi – bunlar indi reallığa çevrilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın müxalif mətbuatı maraqlı detallara diqət çəkib.

Ölüm versiyalarında uyğunsuzluqlar: Hadisə yerindən tutmuş, əvvəl mövcud olan, sonra isə müəmmalı şəkildə yoxa çıxan Putin çələnginə qədər bir çox ziddiyyətlər mövcuddur. Ən diqqətçəkən məqam isə milyarder Rotenberq qardaşlarının vida mərasiminə qatılmaması oldu – halbuki Starovoyt Rosavtodor rəhbəri kimi onların şirkətlərinə milyardlarla dəyərində sifarişlər vermişdi. Buraya Krım körpüsünün tikintisi də daxildir: Starovoytun və Putinin bu prosesi birgə izlədikləri kadrlar da tapılıb.

“Tanınma üçün gələn qız”: Ölümündən əvvəl sabiq qubernator özündən iki dəfə cavan sevgilisinə – Kursk vilayətinin keçmiş vitse-miss Polina Kopylovaya var-dövlət qazandırmışdı. O, Moskvaya köçərək təxəllüs götürmüş, dəbdəbəli avtomobil və brend geyimlərlə gündəmə gəlmişdi. Artıq dövlət KİV-ləri onu sadəcə “meyiti tanıyan qız” kimi təqdim edir. Vida mərasiminə isə buraxılmayıb.

“Biz özümüzə aid deyilik”: Hazırda Rusiyada yüksək vəzifəli şəxslər artıq “yamyamın süfrəsindəki növbəti yem”ə çevriliblər. Əvvəllər sadəcə həbslərlə cəzalandırılan məmurlar indi ölümə qədər gedən aqibətlə üzləşirlər. “Biz içkiyə belə qapıla bilmirik”, – deyir nazir müavinləri səviyyəsində insanlar. Prezident Administrasiyasının keçmiş əməkdaşları isə açıq etiraf edirlər: “Artıq qaça bilmirik, bu rejimin əsiriyik”.

Qanunsuz əldə edilmişin milliləşdirilməsi: Son bir ildə yüzdən çox yüksək vəzifəli məmur və güc strukturu rəhbərləri – general, senator, qubernator səviyyəsində – korrupsiya ittihamları ilə məsuliyyətə cəlb olunub. Təkcə ötən il rüşvətə görə təyin olunan cərimələr 6 milyard rubl təşkil edib. Cəza müddətləri isə demək olar ki, Stalin dövrü ilə müqayisə olunur.
Rus generallarını öldürürlər – həm cəbhədə, həm də arxada: Artıq Kreml onları nə qoruyur, nə də mühafizə edir. İki yüksək rütbəli zabit öz evlərinin qarşısında partlayışla qətlə yetirilib. Hətta istənilən adam onların ünvanlarını sızmış məlumat bazalarından asanlıqla tapır. Sadəcə bir neçə yüz rubla hər kəs öyrənə bilər ki, Müdafiə naziri və Baş Qərargah rəisi harada yaşayır.

Musavat.com

Chosen
45
50
musavat.com

10Sources