Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, bunun kökündə dayanan əsas səbəb Azərbaycanın müstəqil siyasət yürütməsi və bu balanslaşdırılmış siyasət nəticəsində qlobal güclərlə normal münasibətlər qurmasıdır:
"Strateji tərəfdaşlıq memorandumlarının imzalanması Rusiyanı məmnun etmir və bu səbəbdən o, təzyiq vasitələrini işə salıb. Bu vasitələrin başında isə Zəngəzur dəhlizi ilə bağlı məsələ dayanır. Rusiya çox istəyirdi ki, Azərbaycan bu dəhlizə güc tətbiq etsin, lakin Azərbaycan bu avantüraya getmədi və bu, Rusiya tərəfindən narazılıqla qarşılandı.
Hazırda Rusiyanın media məkanına və cəmiyyətinə baxsaq, Velikorus şovinizmi və imperiya ambisiyalarının pik dövrünü yaşadığını görərik. Rusiya bu imperiya yönümlü davranışları ilə keçmiş postsovet məkanı ölkələrini qorxu yaratmaqla öz təsiri altında saxlamağa çalışır. Amma buna nail olacaqmı? Bu, mübahisəli məsələdir. Artıq dövr dəyişib. Rusiyanın keçmiş müttəfiq və yaxın ölkələrə təhdid və təkəbbürlə yanaşması onları Moskvadan uzaqlaşdırır".
Onun sözlərinə görə, 35 ildən artıq münaqişə vəziyyətində olan Azərbaycan və Ermənistan hazırda Rusiyanın bu imperiya siyasətinə qarşı faktiki olaraq eyni mövqedən çıxış edirlər:
"Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyi də məhz bundan qaynaqlanır. Rusiya hal-hazırda azərbaycanlı miqrantlara, xüsusilə də iş adamlarına qarşı apardığı repressiyalar, mədəni tədbirlərə təzyiqlər və s. ilə təhdid dili işlədir. Amma bu, Azərbaycana təsir edəcəkmi? Qətiyyən yox. Çünki Azərbaycan daha ağır təzyiqlərə müqavimət göstərmək potensialına malik olduğunu artıq sübut edib və indi də göstərir. Münasibətlərin pisləşməsinin əsas səbəbkarı Rusiyadır.Biz Azərbaycan olaraq, Rusiya ilə tərəfdaşlıqda maraqlıyıq. Sadəcə olaraq istəyimiz ondan ibarətdir ki, Rusiya Azərbaycanla bərabər hüquqlu münasibətlər qursun".
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
turkustan.azRusiya Azərbaycana qarşı təxribatlara əl ata bilər - Gözlənilən ssenarilər ( 19463672)
-
moderator.azRusiyanın azərbaycanlılara qarşı hücumunun əsl səbəbi budur -Politoloq ( 19460012)
-
sia.azABŞ-da bukmekerlərlə bağlı çağırış ( 19412711)
-
publika.azABŞ-da bukmekerlərlə bağlı çağırış: Qazanc yoxdur, vergiləri azaldın! ( 19412546)
-
moderator.az“Türkmənistan Azərbaycanın ən etibarlı tərəfdaşlarından biridir”- Politoloq ( 19400911)
-
demokrat.azPolitoloq: "Rusiyanın etdiklərinin səbəblərindən biri də Zəngəzur dəhlizi məsələsidir" ( 19307074)
-
banco.azTrampın yeni vergiləri bəzi məhsulların qiymətlərini artıra bilər ( 19253557)
-
fins.azTürkiyə lirəsində əmanət vergiləri artırıldı ( 19114951)
-
metbuat.azABŞ 3 ölkə ilə ticarət müqaviləsi bağlayıb ( 19087546)
-
metbuat.azABŞ 3 ölkə ilə ticarət müqaviləsi bağlayıb ( 19087516)