EN

QHT “Narkomaniyanın erkən aşkarlanması və profilaktikası” layihəsni Xaçmazda davam etdirib - FOTOLAR » AzadMedia.az


Demokratiya və İnsan Hüquqları Komitəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkomaniyanın erkən aşkarlanması və profilaktikası” adlı layihəni uğurla davam etdirir.

Layihə çərçivəsində növbəti tədbir 11 iyul 2025-ci il tarixində Xaçmaz rayonunda keçirilib. “Çeşmə ” restoranında keçirilən tədbirdə 22 nəfər iştirak edib.

Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndələri Yaqut Məsimova və Alxaslı Əlibaba iştirak ediblər. Tədbiri Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaqut Məsimova açaraq tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Maarifləndirmə, müzakirələr və qrup işləri formatında keçirilən tədbirdə layihənin təşkilatçısı Nabat Qəniyeva layihənin məqsədi və donor təşkilat haqqında məlumat verib. Tədbirin təlimçisi həkim –narkoloq Ayxan Bağırov narkomaniyanın tibbi fəsadları haqda aşağıdakı mövzularla bağlı məlumat verdi:

1. Narkotik vasitələrin növləri və onlar barəsində məlumat.

2. İnsanlar narkomaniya adlanan tora necə düşürlər?

3. Narkotiklərdən asıllıqın yaranma səbəbləri.

4. Narkomaniyanin törətdiyi fəsadlar.

5. Narkomnaiya ilə necə mübarizə aparılmalı.

6. Narkomaniyanın yeni istifadəçilərinin müəyyən edilməsi və ilkin profilaktik müdaxilənin formaları.

7. Narkoloji test haqında məlumat.



Tədbirdə Xaçmaz rayon 3 və 9 saylı məktəblərin müəllimləri mövzu ətrafında öz fikirlərini bölüşüblər. Tədbirin sonunda iştirakçılar 4 kiçik qrupa bölünüb və hər qrupa 3 sual təqdim olunub. Qrup işinin nəticələri təqdimat formatında paylaşılıb və geniş müzakirələr aparılıb.

Qeyd edək ki, layihə Şamaxı, Şirvan, Hacıqabul, Şabran, Xaçmaz və Quba rayonlarını əhatə edir və 3 ay müddətində icra olunur.
Fotolar








Chosen
9
7
azadmedia.az

8Sources