AZ

QHT “Narkomaniyanın erkən aşkarlanması və profilaktikası” layihəsni  Xaçmazda davam etdirib - FOTOLAR

Demokratiya və İnsan Hüquqları Komitəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “Narkomaniyanın erkən aşkarlanması və profilaktikası” adlı layihəni uğurla davam etdirir. 

Layihə çərçivəsində növbəti tədbir 11 iyul 2025-ci il tarixində  Xaçmaz  rayonunda keçirilib. “Çeşmə ” restoranında  keçirilən  tədbirdə  22 nəfər  iştirak edib. 

Tədbirdə  Xaçmaz rayon  İcra Hakimiyyətinin nümayəndələri Yaqut Məsimova və Alxaslı  Əlibaba  iştirak ediblər. Tədbiri  Xaçmaz rayon  İcra Hakimiyyətinin nümayəndəsi Yaqut Məsimova açaraq tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Maarifləndirmə, müzakirələr və qrup işləri formatında keçirilən tədbirdə layihənin təşkilatçısı Nəhayət Qəniyeva layihənin məqsədi və donor təşkilat haqqında məlumat verib.  Tədbirin təlimçisi həkim –narkoloq Ayxan Bağırov narkomaniyanın  tibbi  fəsadları haqda  aşağıdakı  mövzularla bağlı  məlumat verdi:

1.    Narkotik vasitələrin növləri və onlar barəsində məlumat.

2.    İnsanlar narkomaniya adlanan tora necə düşürlər?

3.    Narkotiklərdən asıllıqın  yaranma səbəbləri.

4.    Narkomaniyanin törətdiyi fəsadlar.

5.    Narkomnaiya ilə necə mübarizə aparılmalı.

6.    Narkomaniyanın yeni istifadəçilərinin müəyyən edilməsi və ilkin profilaktik müdaxilənin formaları.

7.    Narkoloji test haqında  məlumat.

 

Tədbirdə Xaçmaz rayon  3 və 9 saylı məktəblərin  müəllimləri mövzu ətrafında öz fikirlərini bölüşüblər. Tədbirin sonunda iştirakçılar 4 kiçik qrupa bölünüb və hər qrupa 3 sual təqdim olunub. Qrup işinin nəticələri təqdimat formatında paylaşılıb və geniş müzakirələr aparılıb. Qeyd edək ki, layihə Şamaxı, Şirvan, Hacıqabul, Şabran, Xaçmaz və Quba rayonlarını əhatə edir və 3 ay müddətində icra olunur.

Seçilən
7
7
qht.az

8Mənbələr