AZ

“Narkomaniyanın erkən aşkarlanması və profilaktikası” layihəsi çərçivsində Qubada tədbir keçirilib - FOTOLAR

Demokratiya və İnsan Hüquqları Komitəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkomaniyanın erkən aşkarlanması və profilaktikası” adlı layihəni uğurla davam etdirir. 

Layihə çərçivəsində növbəti tədbir 10 iyul 2025-ci il tarixində Quba rayonunda təşkil olunub.

Tədbirdə Quba rayon İcra hakimiyyətinin səlahiyyətli nümayəndəsi  Arif Nəbiyev iştirak edib.

Maarifləndirmə, müzakirələr və qrup işləri formatında keçirilən tədbiri layihənin təşkilatçısı Nabat  Qəniyeva açaraq layihənin məqsədi və donor təşkilat haqqında məlumat verib. 

Tədbirin təlimçisi həkim –narkoloq Ayxan Bağırov narkomaniyanın  tibbi  fəsadları haqda  aşağıdakı  mövzularla bağlı  məlumat verdi

1.    Narkotik vasitələrin növləri və onlar barəsində məlumat.

2.    İnsanlar narkomaniya adlanan tora necə düşürlər?

3.    Narkotiklərdən asıllıqın  yaranma səbəbləri.

4.    Narkomaniyanin törətdiyi fəsadlar.

5.    Narkomnaiya ilə necə mübarizə aparılmalı.

6.    Narkomaniyanın yeni istifadəçilərinin müəyyən edilməsi və ilkin profilaktik müdaxilənin formaları.

7.    Narkoloji test haqında  məlumat.

“Qızıl Qaya” restoranında baş tutan tədbirdə 17 nəfər iştirak edib.

Qeyd edək ki, layihə Şamaxı, Şirvan, Hacıqabul, Şabran, Xaçmaz və Quba rayonlarını əhatə edir və 3 ay müddətində icra olunur.

"Cebheinfo.az" 

Seçilən
1
7
cebheinfo.az

8Mənbələr