"Neftçi"nin sabiq hücumçusu Mateus Saldanya karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, braziliyalı "Əl-Vəsl"ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı forvardla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Mateus Saldanya 2022/2023 mövsümünün ikinci yarısında icarə əsasında "Neftçi"nin formasını geyinib. Onun son klubu Macarıstan "Ferentsvaroş"u olub.