“İmişli” heyətini yeni qapıçı ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi İmam Əli ilə müqavilə imzalayıb. Onun müqaviləsi 1 illikdir.
Əli İmişli təmsilçisində üçüncü qapıçı kimi təcrübə qazanmağa çalışacaq.
Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "İmişli" bu yay Ronaldo Rodriqez de Souza (son klubu "Borneo", İndoneziya), Azər Salahlı (son klubu "Neftçi"), İbrahim Əliyevi (son klubu MOİK) də heyətinə cəlb edib.