EN

Bu ərazilərdə 5 gün qaz olmayacaq -

Qazax və Samux rayonlarının qaz təchizatında fasilə yaranacaq.Metbuat.az xəbər verir ki, bu barədə Azəriqaz İB məlumat yayıb. “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” və “Qazax-Saquramo” yüksək təzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı 14.07.2025-ci il tarixindən etibarən 18.07.2025-ci il tarixində işlər başa çatanadək “Şıxlı” və “Yuxarı Salahlı” ölçü qovşaqlarından, 15.07.2025-ci il tarixindən etibarən 17.07.2025-ci il tarixində işlər başa çatanadək “Ağasıbəyli” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri ilə bağlı Qazax rayonunun Qaymaqlı, 1-ci Şıxlı, 2-ci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin (5 gün müddətində), Samux rayonunun Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Əhmədbəyli və Sarıqaya kəndlərinin (3 üç gün müddətində) qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Chosen
20
28
metbuat.az

10Sources