AZ

Sakinlərə XƏBƏRDARLIQ: Bu ərazilərdə 5 gün qaz olmayacaq

Qazax və Samux rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Qazıməmməd-Qazax" və "Qazax-Saquramo" yüksəktəzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı iyulun 14-dən etibarən iyulun 18-də işlər başa çatanadək "Şıxlı" və "Yuxarı Salahlı" ölçü qovşaqlarından, iyulun 15-dən etibarən iyulun 17-də işlər başa çatanadək "Ağasıbəyli" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. pizza

Təmir işləri ilə bağlı Qazax rayonunun Qaymaqlı, 1-ci Şıxlı, 2-ci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin (5 gün müddətində), Samux rayonunun Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Əhmədbəyli və Sarıqaya kəndlərinin (3 gün müddətində) qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

 


Telegram kanalımız
Seçilən
1
31
yenisabah.az

10Mənbələr