EN

Peter Siyyarto ABŞ-nin yeni tariflərinə görə Ursula fon der Lyayeni GÜNAHLANDIRDI

Macarıstanın xarici işlər naziri Peter Siyyarto ABŞ-nin Aİ-yə tətbiq etdiyi tariflərə görə Ursula fon der Lyayeni ittiham edib.

Bizim.Media xəbər verir ki, bu barədə Siyyarto sosial şəbəkə hesabında yazıb.

“Son illərdə bu səriştəsizlik Avropaya böyük ziyan vurub, indi isə daha bir uğursuzluq: Ursula fon der Lyayen və Brüsseldəki Avropa Komissiyası ABŞ administrasiyası ilə Avropa üçün sərfəli tarif sazişi bağlaya bilmədilər.


Nəticədə Avropa iqtisadiyyatı, şirkətləri və sadə avropalılar bu qərarın fəsadlarından yenə əziyyət çəkəcək”.

Qeyd edək ki, Tramp ABŞ-nin avqustun 1-dən Avropa İttifaqına (Aİ) 30% rüsum tətbiq edəcək.

Bizim.Media

Chosen
27
44
bizim.media

10Sources