AZ

"Aİ Trampın tariflərinə cavab verməlidir" - Makron

Avropa İttifaqı ABŞ lideri Donald Trampın xəbərdarlıq etdiyi ABŞ tariflərinə qarşı cavab tədbirləri üçün hazırlıqları sürətləndirəcək.

"Unikal" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib. 

“Avropa Komissiyasının sədri ilə birlikdə Fransa avqustun 1-dən etibarən Avropa İttifaqından ABŞ-yə ixraca tətbiq olunacaq 30%-lik gömrük rüsumlarının tətbiqi ilə kəskin şəkildə razılaşmadığını bildirir ”, - Makron sosial şəbəkədə yazıb.

Fransa liderinin sözlərinə görə, indi Avropa Komissiyası Avropa İttifaqının öz maraqlarını qətiyyətlə müdafiə etməyə hazır olduğunu “əvvəlkilərdən daha çox” nümayiş etdirməyə borcludur.

Makron vurğulayıb ki, cavab tədbirləri yalnız Aİ-nin avqustun əvvəlinə qədər Trampla razılığa gələ bilməyəcəyi təqdirdə atılacaq.

Seçilən
10
44
unikal.az

10Mənbələr