EN

Cənubi Qafqazdan Yaxın Şərqə diplomatik körpü: Əhməd Əl Şaraa-nın Bakı səfəri

Bakı. Trend:

Suriyanın Keçid Dövrü Prezidenti Əhməd Əl Şaraa-nın Azərbaycanaetdiyi işgüzar səfər, yalnız iki ölkə arasında ikitərəflimünasibətlərin canlandırılması baxımından deyil, həm də YaxınŞərqdə dəyişən geosiyasi dinamika kontekstində strateji əhəmiyyətdaşıyır. Bu səfər, Azərbaycanın artan beynəlxalq rolunu,postmüharibə dövründə formalaşdırdığı yeni xarici siyasətfəlsəfəsini və Cənubi Qafqazdan Yaxın Şərqə doğru genişlənəndiplomatik manevr imkanlarını əks etdirir.

Suriyada baş verən siyasi dəyişikliklər keçid dövrünün başlamasıvə Əhməd Əl Şaraa-nın rəhbərliyi ilə yeni hökumətin qurulması, buölkənin beynəlxalq izolyasiyadan çıxmasına və regional sisteməinteqrasiya olunmasına şərait yaratmışdır. Azərbaycan bu keçidmərhələsində Suriya ilə münasibətləri yenidən qurmaq istəyən ilkölkələrdən biri kimi çıxış edir.

Bundan əvvəl Prezident İlham Əliyev və Əhməd Əl Şaraa Antalyadakeçirilən forum zamanı görüşmüş, ikitərəfli və regional məsələlərimüzakirə etmişdilər. Bu dialoq sonrakı diplomatik əlaqələrinəsasını qoyub.

Azərbaycanın Yaxın Şərq regionuna yönəlik siyasəti, post-2020dövründə yeni mərhələyə qədəm qoyub.Qarabağ zəfərindən sonrasuverenliyini tam bərpa edən Azərbaycan, daha geniş və aktiv xaricisiyasətə keçid edib. Bu mərhələdə Avropa və Mərkəzi Asiya iləyanaşı, Yaxın Şərq də prioritet regionlardan biri kimi müəyyənedilmişdir. Suriyanın ərazi bütövlüyünə və suverenliyinə veriləndəstək, bu siyasətin vacib elementi kimi önə çıxır. Azərbaycanınbeynəlxalq hüquqa əsaslanan yanaşması, xüsusilə münaqişə sonrasıregionlarda dövlətlərin yenidənqurulmasına yönəlik prinsipialmövqeyi, ölkəyə diplomatik etimad qazandırır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyisürətli və innovativ bərpa-quruculuq prosesi (ağıllı kəndlər, yaşılenerji, infrastrukturların bərpası və minalardan təmizləmə),beynəlxalq səviyyədə diqqət çəkmişdir. Bu təcrübə, müharibədənzərər çəkmiş Suriyanın yenidənqurma ehtiyacları ilə üst-üstədüşür.

Prezident İlham Əliyevin tapşırığı ilə Baş nazirin müavini SamirŞərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyaya səfər edərəkbu ölkəyə hansı sahələrdə dəstək verilə biləcəyini yerindəöyrənmişdir. Bu yanaşma həm də "inkişaf diplomatiyası"nıntəzahürüdür – siyasi niyyət konkret iqtisadi və texnikiəməkdaşlıqla tamamlanır.

Azərbaycan qazının dünya bazarlarında artan əhəmiyyəti fonunda,ölkə enerji ixracatında yeni bazarların axtarışı ilə məşğuldur.İndiyədək əsas fokus Avropa bazarı olub. Lakin rəqabətin artması vətələbin diversifikasiyası səbəbindən Azərbaycan qazının Yaxın Şərqölkələrinə, xüsusilə Türkiyə, İraq və Suriya kimi ölkələrə ixracıstrateji məqsədə çevririb. Suriya Prezidentinin Bakı səfəri zamanıAzərbaycan qazının Suriya bazarına çıxarılması yollarıaraşdırılması nəzərdə tutulur. Bu, Suriyanın enerji ehtiyaclarınınödənməsi ilə yanaşı, Azərbaycanın regional enerji təhlükəsizliyindəmövqeyini gücləndirə bilər.

Azərbaycanın diplomatik fəallığı təkcə ikitərəfli münasibətlərləməhdudlaşmır. Bakı uzun illərdir ki, “sakit diplomatiya” prinsipinəəsaslanaraq gərgin regionlarda münaqişələrin həllinə töhfə verir.Azərbaycan, Suriya ilə İsrail arasında dolayısı əlaqələrinqurulmasında, habelə Türkiyə-İsrail-Suriya üçbucağında gərginliyinazaldılmasına yönəlik görüşlərin təşkilində aktiv rol oynayıb.Azərbaycanın təşəbbüsü ilə “qaynar xətt diplomatiyası”nınqurulması, xüsusilə regionda qarşıdurma potensialını azaltmaq vədialoq mühitini təşviq etmək baxımından önəmli addım kimidəyərləndirilir.

Azərbaycanın artan regional nüfuzu Prezident İlham Əliyevinbeynəlxalq miqyasda formalaşmış şəxsi nüfuzu ilə sıx bağlıdır. Onunbalanslı və prinsipial siyasəti ölkəyə yeni tərəfdaşlar qazandırır.Suriyanın keçid dövrü rəhbərliyi ilə qurulan əlaqələr bu siyasətinnəticəsi olaraq dəyərləndirilə bilər.

Bu səfər eyni zamanda Azərbaycanın diplomatik arxitekturasındayeni bir mərhələnin başlanğıcıdır – ölkə həm geosiyasi, həm dəgeoiqtisadi güc mərkəzlərinə bərabər məsafədə duraraq, qlobaldiplomatik platformada öz təsir dairəsini genişləndirir. Əhməd ƏlŞaraa-nın Bakıya səfəri ilə Azərbaycan-Suriya münasibətləri sadəcəbərpa olunmur, həm də strateji və çoxşaxəli tərəfdaşlıq mərhələsinəqədəm qoyur. Bu tərəfdaşlıq müharibədən sonrakı bərpa sahəsindətəcrübə mübadiləsini, enerji əməkdaşlığı və infrastrukturlayihələrini, diplomatik vasitəçilik təşəbbüslərini, regionalsabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsini əhatə edir.

Bu səfər həm də Azərbaycanın çoxvektorlu və rasional xaricisiyasətinin bariz nümunəsi kimi tarixə düşəcək. Azərbaycanınyüksələn diplomatik imici və müstəqil siyasət kursu onu təkcəregional deyil, qlobal siyasətdə də etibarlı və praqmatik oyunçuyaçevirir.

Məqalədə:
Chosen
15
40
az.trend.az

10Sources