Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında təşkil olunan Avropa birinciliyi Azərbaycan milli komandası üçün uğurlu start götürüb.
Offsideplus.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk 2 gündə boksçularımızdan 7-si qələbə qazanıb.
Onlardan ikisi 1/4 finala yüksəldiyi halda, beşi yarımfinalda iştirak hüququ əldə edib.
Yarımfinala vəsiqə qazanan boksçularımız özləri üçün azı bürünc medalı da təmin ediblər.
Avropa birinciliyi
1/8 final
48 kq. Əli Əliyev – Petar Trajçeski (Şimali Makedoniya) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)
70 kq. Adil Zalov – Dord Andrijaseviç (Bosniya və Herseqovina) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28)
1/4 final
50 kq. Məhəmməd Rəsulov – Georgi Sokolovç (Moldova) – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28)
54 kq. Raul Heydərli – Mladen Stoyanoviç (Serbiya) – 4:1 (27:30, 29:28, 30:27, 29:28, 29:28)
+80 kq. Səfdər Məmmədzadə – Aleksandr Oltean (Moldova) – boksçumuz ikinci raundda qalib gəlib
52 kq. Cəmilə Muradlı – Nataşa Lukiç (Serbiya) – 4:1 (29:28, 29:28, 28:29, 30:27, 29:28)
54 kq. Zəhra Məmmədova – Aysa Cepelyaç (Serbiya) – rəqib döyüşə gəlməyib
Qeyd edək ki, Avropa birinciliyinə iyulun 16-da yekun vurulacaq.