Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. Yarış Azərbaycan millisi üçün uğurlu start götürüb.


Rekord.az xəbər verir ki, ilk 2 gündə boksçularımızdan 7-si qələbə qazanıb.


Onlardan ikisi 1/4 finala yüksəldiyi halda, beşi yarımfinala yüksəlib. Yarımfinala vəsiqə qazanan boksçularımız özləri üçün azı bürünc medalı da təmin ediblər.


Avropa birinciliyi


1/8 final


Əli Əliyev (48 kq) – Petar Trajçeski (Şimali Makedoniya) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)


Adil Zalov (70 kq) – Dord Andrijaseviç (Bosniya və Herseqovina) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28)


1/4 final


Məhəmməd Rəsulov (50 kq) – Georgi Sokolovç (Moldova) – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28)


Raul Heydərli (54 kq) – Mladen Stoyanoviç (Serbiya) – 4:1 (27:30, 29:28, 30:27, 29:28, 29:28)


Səfdər Məmmədzadə (+80 kq) – Aleksandr Oltean (Moldova) – boksçumuz ikinci raundda qalib gəlib


Cəmilə Muradlı (52 kq) – Nataşa Lukiç (Serbiya) – 4:1 (29:28, 29:28, 28:29, 30:27, 29:28)


Zəhra Məmmədova (54 kq) – Aysa Cepelyaç (Serbiya) – rəqib döyüşə gəlməyib


Qeyd edək ki, Avropa birinciliyinə iyulun 16-da yekun vurulacaq.