EN

İlin I yarısında 8 milyard manat investisiya

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 8 milyard 73,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yatırılan sərmayələrin həcmi 23,8 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 13,5 faiz çoxalıb.

İstifadə olunan investisiyanın 4 milyard 67,9 milyon manatı və ya 50,4 faizi məhsul istehsalı, 2 milyard 672 milyon manatı (33,1 faizi) xidmət sahələrinə, 1 milyard 333,6 milyon manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yatırılan investisiyaların 6 milyard 70 milyon manatı və ya 75,2 faizi daxili investisiyalar olub. Əsas kapitala yönəldilən investisiyaların 6 milyard 314,3 milyon manatı və ya 78,2 faizi isə bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
8
xalqqazeti.az

10Sources