Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” növbəti yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderland təmsilçisi “Tvente” ilə üz-üzə gəlib
Qarşılaşma Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə bitib. Onlardan yeganə qolu Abbas Hüseynov vurub.
“Köhlən atlar” bu gün ilk matçda sözügedən rəqibinə qalib gəlmişdi – 3:2.
Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukraynanın “Metallist” (Xarkov) kollektivinə uduzub – 4:5. “Köhlən atlar” Bakıdakı yoxlama matçında isə “Zirə”ni 4 cavabsız qolla üstələyib.
“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.