AZ

Yunanlar “Zirə” yolunda

Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” və "Hayduk” arasında Bakıda keçiriləcək ilk oyunun hakimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, matçda ədaləti Yunanıstandan olan hakimlər briqadası qoruyacaq.

Baş hakim Xristos Varqetisə Andreas Fotopulos və Konstantinos Staykos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək.

Komandalar arasında ilk qarşılaşma iyulun 23-də Bakıda, cavab görüşü isə 31-də Spilitdə gerçəkləşəcək.

Seçilən
17
5
sportinfo.az

10Mənbələr