AZ

Neymar 1,5 milyon dollara bu avtomobili aldı

Braziliyanın "Santos" komandasının hücumçusu Neymar "Batman" superqəhrəmanı haqqında Kristofer Nolanın filmindəki avtomobilin dəqiq surəti olan Batmobil alıb.

Publika.az xəbər verir ki, bu barədə idmançı öz "Instagram" səhifəsində yazıb.

Bu, oyunçuya 1,5 milyon dollara başa gəlib. Braziliyalının artıq 9 milyon dollar dəyərində "Betmen" üslubunda bəzədilmiş helikopteri və sağ çiynində super qəhrəmanın döyməsi var.

İyulun 25-də "Santos" braziliyalı hücumçu Neymarla yeni müqavilə imzaladığını açıqlayıb. 33 yaşlı futbolçunun Braziliya klubu ilə müqaviləsi 2025-ci ilin sonuna kimidir, müddət bitdikdən sonra isə uzadılması mümkündür.

Seçilən
5
2
publika.az

10Mənbələr