EN

Zelenski Moskva ilə danışıqlar üçün şərt irəli sürdü

Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyayla gələcək danışıqlara yalnız bir şərtlə razı ola biləcəyini bildirib.“Biz tərəflərin İstanbulda ikinci görüş zamanı razılaşdırdığı məsələləri sona çatdırmalıyıq – yəni o vaxt razılaşdırılmış dəyişmələri tamamlamaq vacibdir,” – deyə Zelenski 10 iyul tarixində Romada keçirilən Ukraynanın müharibədən sonrakı bərpası üzrə 4-cü beynəlxalq konfrans çərçivəsində təşkil olunmuş mətbuat konfransında bildirib. Onun sözlərini “Suspilne” telekanalı yayıb. 2 iyun tarixində İstanbulda Ukrayna və Rusiya nümayəndələri arasında baş tutan birbaşa danışıqların ikinci raundunda, ağır yaralı hərbçilərin və 25 yaşa qədər olan əsirlərin dəyişdirilməsi, həmçinin hər iki tərəfin müharibədə həlak olmuş 6000 hərbçi cəsədini bir-birinə təhvil verməsi ilə bağlı razılıq əldə edilmişdi.Bundan sonra 9, 10, 12, 19 və 20 iyun tarixlərində əsir mübadiləsi, eyni zamanda ölənlərin cəsədlərinin dəyişdirilməsi həyata keçirilib.Zelenskinin fikrincə, yaxın vaxtlarda bu dəyişmələr yekunlaşacaq. “Yalnız bundan sonra komandalar liderlər səviyyəsində görüşün hazırlanması üzrə effektiv variantı müzakirə edə bilər,” – deyə o əlavə edib.Zelenski üçün ən optimal format, Ukrayna–Rusiya–ABŞ dövlət başçıları səviyyəsində birbaşa görüşdür. Onun sözlərinə görə, masada təkcə sözlər deyil, həm də “konkret zəmanətlər” səslənməlidir. Eyni zamanda Zelenski xatırladıb ki, Vatikan, Avstriya, İsveçrə və Türkiyə artıq belə danışıqlar üçün neytral platforma təklif ediblər.Ulusum.az

Diqqət Çəkənlər

Bakıda motosiklet sürücüsünün təhlükəli hərəkəti - VİDEO

"Ukrayna müharibəsi Tramp üçün ikinci Əfqanıstan ola bilər" - XƏBƏRDARLIQ

Yavaş yemək – sağlamlığın üçün nə qədər önəmlidir?

Chosen
98
50
ulusum.az

10Sources