EN

Bu pendiri 42 min dollara aldılar

Mağarada 10 ay saxlanılan Cabrales pendiri İspaniyada hərracda satıldıqdan sonra dünyanın ən bahalı pendiri olub.

"Unikal" xəbər verir ki, bu unikal süd ləzzətini "Angel Diaz Herrero" pendir fabriki hazırlayıb və "Ən yaxşı pendir" (Mejor Queso del Certamen) kateqoriyasında DOP Cabrales müsabiqəsinin qalibi seçilib. Bundan sonra İspaniyanın Asturiya bölgəsində DOP Cabrales Tənzimləmə Şurasının himayəsi altında hərraca çıxarılıb.

Çəkisi 2,27 kq olan pendir inək südündən hazırlanıb və təbii şəraitdə - dəniz səviyyəsindən 1500 metrdən çox hündürlükdə yerləşən Los Masos yüksək dağ mağarasında saxlanılıb. Belə xüsusi şərtlər pendirə məşhur kəskin dad və ətir verən xarakterik göbələklərin inkişafına kömək edib.

Hərracın qalibi İspaniyanın məşhur qurumu - El Llagar de Colloto restoranı olub və onu 42 min dollara alıb.

Chosen
16
5
unikal.az

6Sources