AZ

Dünyanın ən bahalı pendiri İspaniyada satılır

Mağarada 10 ay saxlanılan Cabrales pendiri İspaniyada hərracda satılaraq dünyanın ən bahalı pendiri olub.

Editor.az UPI-nə istinadla xəbər verir ki, Angel Diaz Herrero pendir fabriki tərəfindən istehsal olunan bu unikal süd ləzzəti DOP Cabrales müsabiqəsində “Ən yaxşı pendir” (Mejor Queso del Certamen) kateqoriyasında birinci yeri qazandı və sonradan İspaniyanın Asturiya bölgəsində DOP Cabrales Tənzimləmə Şurasının himayəsi altında hərraca çıxarıldı.

Çəkisi 2,27 kq olan pendir inək südündən hazırlanıb və dəniz səviyyəsindən 1500 metrdən çox hündürlükdə yerləşən Los Masos mağarasında təbii olaraq yetişib. Bu xüsusi şərtlər pendirə məşhur kəskin ləzzət və ətir verən xarakterik göbələklərin inkişafına imkan verdi.

Hərracın qalibi məşhur ispan restoranı El Llagar de Colloto olub və onu 42.000 dollara alıb. Delikatesin menyuda yer alacağı bildirilir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
15
5
editor.az

6Mənbələr