AZ

Dünyanın ən bahalı pendiri - 42 min dollara satıldı

Mağarada 10 ay saxlanılan "Cabrales" pendiri İspaniyada hərracda satıldıqdan sonra dünyanın ən bahalı pendiri ünvanını qazanıb.

Publika.az xəbər verir ki, bu barədə UPI bildirib.

Məlumata görə, pendir 42 000 dollara satılaraq dünya rekordu vurub.

Bu unikal pendir "Angel Diaz Herrero" pendir fabriki tərəfindən hazırlanıb və ən yaxşı pendir kateqoriyasında DOP Cabrales müsabiqəsinin qalibi olub.

Pendir İspaniyanın Asturiya bölgəsində DOP Cabrales Tənzimləmə Şurasının himayəsi altında hərraca çıxarılıb. 2,27 kq çəkisi olan pendir dəniz səviyyəsindən 1500 metrdən çox yüksəklikdə yerləşən Los Masos mağarasında təbii yolla yetişdirilib. Bu xüsusi şərtlər pendirə məşhur kəskin dad və ətir verən xarakterik göbələklərin inkişafına kömək edib.

Seçilən
4
5
publika.az

6Mənbələr