EN

“Araz-Naxçıvan” Türkiyədə növbəti matçını keçirib

Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Araz-Naxçıvan" klubu növbəti yoxlama matçını keçirib.

“Report” xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda qardaş ölkənin Superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gəlib.

Görüş qolsuz bərabərliklə nəticələnib.

"Araz-Naxçıvan"ın növbəti sınağı iyulun 17-də Superliqanın digər iştirakçısı “Trabzonspor”a qarşı olacaq.

Komanda Türkiyə toplanışı çərçivəsində daha əvvəl "Bayburtspor"la oynayıb və 14:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Chosen
3
9
report.az

10Sources