AZ

“Araz-Naxçıvan” Türkiyədə növbəti matçını keçirdi

Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Araz-Naxçıvan" növbəti yoxlama matçını keçirib.

“Football-plus.az” xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda qardaş ölkənin superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə nəticələnib. "Araz-Naxçıvan"ın növbəti sınağı iyulun 17-də Superliqanın digər iştirakçısı “Trabzonspor”a qarşı olacaq. Komanda Türkiyə toplanışı çərçivəsində daha əvvəl "Bayburtspor"la oynayıb və 14:0 hesablı qələbə qazanıb.

Xatırladaq ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Seçilən
1
9
football-plus.az

10Mənbələr