Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” bu gün növbəti yoxlama matçını keçirib.
Arena.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda qardaş ölkənin Super Liqa təmsilçisi “Alanyaspor”la üz-üzə gəlib.
Görüş qolsuz bərabərliklə nəticələnib.
“Araz-Naxçıvan”ın qardaş ölkədəki növbəti sınağında iyulun 17-də Super Liqanın digər iştirakçısı “Trabzonspor”la qarşılaşacaq.
Komanda Türkiyə toplanışı çərçivəsində daha əvvəl “Bayburtspor”la oynamış və 14:0 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Naxçıvan klubu bu turnirin 2-ci təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.