EN

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 12 953* kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 2,2% artım deməkdir.Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
    Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 12 507,6 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (2,1% artım).Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 10 383,9 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2024-cü ilin yanvar-iyun göstəricisindən 0,5% azdır.

    Qeyd etmək lazımdır ki, cari birinci yarısında ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.

    Chosen
    5
    6
    metbuat.az

    10Sources